"Vergilər" qəzeti 10 mart 2000-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən hüquqi şəxs kimi rəsmi dövlət qeydiyyatına alınıb. Redaksiya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarəçiliyində olan kommersiya hüquqi şəxsdir.
"Vergilər" qəzetinin ilk nüsxəsi 12 fevral 2001-ci ildə işıq üzü görüb. 2005-ci ildə "İlin sahə qəzeti" adına, 2006-cı ildə hüquqi maarifləndirmə sahəsindəki fəaliyyətinə görə "Fəxri diplom"a, 2011-ci ildə iqtisadi sahədə hüquqi maarifləndirmə və vergi mədəniyyətinin formalaşdırılması sahəsində gördüyü işlərə görə "Diplom"a layiq görülüb. Qəzet 2018-ci ilin dekabr ayından www.vergiler.az informasiya portalı kimi fəaliyyətini davam etdirir.